“Mühafizə Zonası”nda bu Qaydaların 6.2.1-ci bəndində göstərilmiş işlərin aparılması üçün fiziki və hüquqi şəxslər bu işləri boru kəmərlərinin mühafizəsini təmin edən şərtlərə riayət etməklə, həmin bəndin ikinci abzasında göstərilmiş işlərin aparılması aidiyyəti üzrə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə, üçüncü abzasında göstərilmiş işlərin aparılması Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə, dördüncü abzasında göstərilmiş işlərin aparılması Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Agentlik ilə, beşinci abzasında göstərilmiş işlərin aparılması Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti ilə, altıncı abzasında göstərilmiş işlərin aparılması isə aidiyyəti üzrə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Agentlik, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə razılaşdırma əsasında həyata keçirməlidirlər.
Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
Bu şərtlər Energetika Nazirliyi tərəfindən müəyyən edilir.