“Subproqram 4.3. Ətraf mühitin monitorinqinin təşkili” tədbiri üzrə 2022-ci il üçün təsdiq edilmiş 1418,1 min manata qarşı icra 1046,0 min manat (73,8%) olmaqla 2021-ci ilin faktiki icrasından 107,5 min manat çox olub.
Heftelik.az-ın məlumatına görə, bu, Hesablama Palatasının Büdcə xərclərinin funksional
təsnifatının “Ətraf mühitin mühafizəsi” bölməsi üzrə ortamüddətli xərclər çərçivəsinin icra vəziyyətinə dair hazırladığı materialda əksini tapıb.
Müvafiq subproqram çərçivəsində “Ətraf mühitə atılan çirkləndirici maddələrin kəmiyyət və keyfiyyət göstəricilərinin müəyyənləşdirilməsi, suyun və havanın qiymətləndirilməsi və proqnozlaşdırılması məqsədilə monitorinqlərin təşkili, çirklənmə mənbələrinin qeydiyyatının aparılması” tədbiri üzrə 2022-ci ildə kassa xərci 472,9 min manat olmaqla 2021-ci ilin faktiki icrasından 2,81 min manat çox vəsait icra edilib. O cümlədən “Atmosferə tullantı atan stasionar mənbələrin sayı” 7217 ədəd olmaqla 2021-ci ilin faktiki icrasından 57 ədəd çox, “Su hövzəsinə (Xəzər dənizi istisna) tullantı atan stasionar mənbələrinin sayı” 1035 ədəd olmaqla 2021-ci ilin faktiki icrasından 6 ədəd çox, “Həyata keçirilən monitorinqlərin sayı” isə 630 ədəd və ya 2021-ci ilin faktiki icrasından 196 ədəd az olub ki, bu da ətraf mühitə atılan çirkləndirici maddələrin qarşısının alınması üzrə nəzarət mexanizminin gücləndirilməsini şərtləndirir.