Elektrik enerjisinin verilməsində yaranmış nasazlığa görə Bakı Dəmiryolu Vağzalına gec çatan 717 saylı qatarın sərnişinləri üçün şəhərdaxilində əlavə ödənişsiz avtobuslar və qatarlar təyin edilib.
Azətbaycan Dəmir Yollarından Heftelik.az-a verilən məlumata görə, dünən Ağstafadan Bakıya saat 16.30da yola düşən 717 nömrəli sərnişin qatarı Goran stansiyası istiqamətində hərəkətdə olarkən elektrik enerjisinin verilməsində yaranmış texniki nasazlıq səbəbindən 1 saatdan çox yolda qalıb. 717 saylı qatarın məlum səbəbdən yolda dayanması nəticəsində eyni marşrut üzrə hərəkət edən 705 saylı qatarın hərəkətində də 30 dəqiqə gecikmə halı qeydə alınıb. Qeyd edək ki, 717 saylı qatarla səfər edən sərnişinlərə səfər boyu ödənişsiz su və şirniyyat servis edilib. Eyni zamanda ADY sərnişinlərin Bakı Dəmiryolu Vağzalından mənzil başına rahat və təhlükəsiz çatdırılması üçün 20 Yanvar dairəsi, Zığ və Bayıl istiqamətlərinə ödənişsiz avtobuslar, o cümlədən Bakı-Xırdalan-Sumqayıt və Bakı-Pirşağı-Sumqayıt marşrutları üzrə əlavə də reys təyin edib.