Noyabr 27-də saat 01 radələrində Gəncə şəhər sakini 2001-ci il təvəllüdlü Pəri Allahverdi-Zadənin yaşadığı evdə ölməsi barədə Gəncə şəhər prokurorluğuna məlumat daxil olub.

Prokurorluqdan Heftelik.az-a verilən məlumata görə, araşdırmalarla 2001-ci il təvəllüdlü Əli Allahverdi-Zadənin aralarında yaranmış mübahisə zamanı Pəri Allahverdi-Zadəyə bıçaqla xəsarət yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Əli Allahverdi-Zadə iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam edir.

 

****

Saat 03.44

Gəncədə qətl hadisəsi baş verib.

Heftelik.az-ın APA-ya istinadən veerdiyi məlumata görə, hadisə şəhərin Eminbəyli küçəsində qeydə alınıb.

Qardaş bıçaqla bacısını qətlə yetirib.

Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, Pəri Allahverdizadəni kəsici-deşici alətlə qətlə yetirməkdə şübhəli bilinən, onun qardaşı Əli Allahverdizadə saxlanılaraq istintaqa təhvil verilib.

Əli Allagverdizadə hərbçidir. Qardaş bacısını instaqramdan istifadə etdiyi üçün bıçaqlayıb.