Gömrük orqanı əməkdaşı onun xidməti vəzifəsinə aid olmadığı hallarda, gömrük və digər dövlət orqanlarının və onların rəhbərlərinin fəaliyyəti ilə əlaqədar (qanunsuz fəaliyyət istisna olmaqla) tənqidi ictimai müzakirələrin aparılmasından və mülahizələrdən, çıxışlardan və onların fəaliyyətinə ictimai qiymət verilməsindən çəkinməlidir. Bu qayda gömrük orqanı əməkdaşının elmi-pedaqoji fəaliyyəti ilə bağlı çıxışlarına və ya elmi yazılarına şamil olunmur.
Heftelik.az-ın məlumatına görə, bu, “Gömrük orqanlarının vəzifəli şəxslərinin Etik Davranış Kodeksi”ndə əksini tapıb.
Gömrük orqanı əməkdaşı ona xüsusi səlahiyyət verilmiş hallar istisna olmaqla açıq çıxışlar etməkdən çəkinməlidir.
Gömrük orqanı əməkdaşı xidmət keçmə ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş məhdudiyyətlərə əməl etməlidir.