Gömrük orqanı əməkdaşı Azərbaycan Respublikasının gömrük orqanlarının nüfuzunu, öz adını və şərəfini uca tutmağa borcludur.
Heftelik.az-ın məlumatına görə, bu, “Gömrük orqanlarının vəzifəli şəxslərinin Etik Davranış Kodeksi”ndə əksini tapıb.
Gömrük orqanı əməkdaşı xidməti vəzifələrinin icrası ilə bir araya sığmayan və onun adına xələl gətirə biləcək, habelə işlədiyi orqanın nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməlidir.