Gömrük orqanlarının fəaliyyəti və gömrük orqanı əməkdaşının xidməti fəaliyyətinin hansı dəyərlər əsas tutulmaqla həyata keçirildiyi açıqlanıb.
Heftelik.az-ın məlumatına görə, bu, “Gömrük orqanlarının vəzifəli şəxslərinin Etik Davranış Kodeksi”ndə əksini tapıb.
Gömrük orqanlarının fəaliyyəti və gömrük orqanı əməkdaşının xidməti fəaliyyəti aşağıdakı dəyərlər əsas tutulmaqla həyata keçirilir:
dövlətçilik və ictimai mənafeyin qorunması – dövlətçiliyə yüksək hörmət nümayiş etdirilməsi, dövlətin maraqlarının və nüfuzunun uca tutulması, ictimai mənafeyin gözlənilməsi;
– korrupsiyaya qarşı mübarizəyə dəstək – dövlətin korrupsiyaya qarşı mübarizə siyasətinə dəstək olmaqla səlahiyyətləri çərçivəsində bilavasitə korrupsiya hüquqpozmaları və korrupsiyaya şərait yaradan hüquqpozmaların qarşısının alınması;
– nümunəvilik – xidməti və xidmətdənkənar vaxtlarda hamılıqla qəbul olunmuş əxlaq, sosial və ailə-məişət dəyərlərinə riayət olunması, Azərbaycan Respublikasının vətəndaşı kimi qanunvericiliklə müəyyən edilmiş vəzifə və öhdəliklərin lazımi səviyyədə icra edilməsi;
– məsuliyyətlilik – vəzifə funksiyalarına məsuliyyətlə yanaşaraq onların vaxtında və keyfiyyətlə icra edilməsi, zəruri bilik və bacarıqların mütəmadi olaraq inkişaf etdirilməsi;
– birlik və əməkdaşlıq – dövlətin gömrük siyasətinin, gömrük orqanlarının əsas məqsəd və vəzifələrinin lazımi səviyyədə icrasında hər bir əməkdaşın rolunu dərk etməsi, bu siyasət, məqsəd və vəzifələr üçün birgə səy nümayiş etdirilməsi, əməkdaşlıq və qarşılıqlı köməklik şəklində fəaliyyət göstərilməsi.