Gömrük orqanlarının vəzifəli şəxslərinin Etik Davranış Kodeksinin məqsədləri açıqlanıb.
Heftelik.az-ın məlumatına görə, Kodeksin məqsədləri aşağıdakılardır:
– gömrük orqanlarının və gömrük orqanlarında xidmətin nüfuzunun artırılması, şəxslərin gömrük orqanlarına və gömrük orqanı əməkdaşlarına etimadının yüksəldilməsi;
– gömrük orqanlarının fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılması;
– gömrük orqanlarında korrupsiyanın, o cümlədən gömrük orqanı əməkdaşlarının fəaliyyətində maraqların toqquşmasının qarşısının alınması;
– gömrük orqanı əməkdaşlarının xidməti vəzifələrinin icrası ilə bağlı gözlənilən davranışları barədə hüquqi və fiziki şəxslərin öncədən məlumatlandırılması;
– gömrük orqanı əməkdaşlarının Azərbaycan Respublikasının Konstitusiyasına, qanunvericiliyinə riayət etməsinə və xidməti vəzifələrini layiqincə yerinə yetirməsinə sövq edilməsi.