Gömrük orqanı əməkdaşı gömrük orqanına müraciət edən şəxslərlə və xidməti vəzifələrinin yerinə yetirilməsi ilə bağlı ünsiyyətdə olduğu, eləcə də bilavasitə və yuxarı rəhbəri ilə və ya tabeliyində olan şəxslərə, o cümlədən həmkarları ilə münasibətdə nəzakətli, xeyirxah, diqqətli və səbrli olmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Gömrük orqanlarının vəzifəli şəxslərinin Etik Davranış Kodeksi”ndə əksini tapıb.
Gömrük orqanı əməkdaşı xidmətlə əlaqədar ünsiyyətdə olduğu hər bir şəxslə hörmətlə, işgüzar etiket qaydalarına uyğun şəkildə davranmalıdır.