Texnoloji avadanlığın istismarında digər avadanlıqlarla inteqrasiyası üçün tələblər həmin avadanlığın əldə edilməsindən əvvəl müəyyən olunmalı və təmin edilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Dövlət orqanlarının (qurumlarının) və yerli özünüidarəetmə orqanlarının istifadə etməli olduqları texnoloji avadanlığa və proqram təminatına dair texniki tələblər”də əksini tapıb.
Texnoloji avadanlıq ən azı bir il zəmanətlə əldə olunmalıdır. Texnoloji avadanlığın istismara qəbulu prosesi müəyyən edilməli və sənədləşdirilməli, o cümlədən təhlükəsizliyin qiymətləndirilməsi testləri keçirilməli, nəticələr sənədləşdirilməli və testlərin nəticəsində tapılan zəifliklərin (boşluqların), təhdidlərin və digər uyğunsuzluqların, habelə risklərin aradan qaldırılması təmin edilməlidir.