Sobanın forsunkası məşəllə və ya forsunka pəncərəsinin yanında dayanaraq piltə ilə yandırılmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
Məşəl neftlə və ya mazutla hopdurulmalıdır. Bu məqsədlə asan alışan mayelər-benzin, ağ neft, liqroindən istifadə etmək qadağandır. Yanan məşəl qutuda saxlanılan qumla söndürülməlidir.