Yolda olan ehtiyatların siyahısında hər bir sətir üzrə nələrin ayrıca yazıldığı açıqlanıb.
Heftelik.az-ın məlumatına görə, bu, “Aktivlərin və öhdəliklərin inventarizasiyası Qaydaları”nda əksini tapıb.
Yolda olan ehtiyatların siyahısında hər bir sətir üzrə aşağıdakılar ayrıca yazılır: adı, miqdarı və dəyəri, yüklənmə tarixi, həmçinin mühasibat uçotu hesablarında bu aktivlərin uçota alınmasına əsas verən müvafiq sənədlərin (ilkin uçot sənədlərinin, uçot registrlərinin) adı, tarixi və nömrələri.