Siyasi iradə olarsa, 15 gün ərzində Bakı ilə sülh müqaviləsi bağlana bilər.
Heftelik.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan bildirib.
“Deyə bilərəm ki, biz demək olar bütün fundamental məsələlərdə razılığa gəlmişik. Prosesə zərər verməmək üçün bu barədə təfərrüatları açıqlamaq istəmirəm”, – Alen Simonyan jurnalistlərə deyib.
Ermənistan parlamentinin spikeri qeyd edib ki? Ermənistan üçün “Dağlıq Qarabağ” məsələsi mövcud deyil: ” Ermənistanın Qarabağ da daxil olmaqla, Azərbaycanın ərazi bütövlüyünü tam şəkildə tanıyıb. Biz, son il yarım ərzində bunu bəlkə də səkkiz dəfə bəyan etmişik. Hazırda Ermənistan üçün əsas məsələ Azərbaycanla sülh müqaviləsinin imzalanmasıdır”.