Bankın investisiya portfelinin “qəp” təhlilində hansı ödəniş müddətlərinə aid edilməli olduğu açıqlanıb.

Heftelik.az-ın məlumatına görə, bu, “Banklarda likvidlik riskinin idarə edilməsi Qaydası”nda əksini tapıb.

Bankın investisiya portfeli “qəp” təhlilində aşağıdakı ödəniş müddətlərinə aid edilməlidir:

  1. beynəlxalq nüfuzlu reytinq agentlikləri (Standard & Poor`s, Fitch Ratings, Moody`s, bundan sonra – beynəlxalq reytinq agentlikləri) tərəfindən verilmiş minimum “A-” kredit reytinqinə (və ya buna ekvivalent digər reytinq dərəcəsinə) malik hüquqi şəxslərin kapitalına investisiyalar – maksimum 15 (on beş) günədək olan ödəniş müddəti;
  2. Birinci yarımbəndə aid edilməyən və minimum investisiya reytinqinə malik hüquqi şəxslərin kapitalına investisiyalar – “15 – 30” günlük ödəniş müddəti;
  3. İkinci yarımbəndə aid edilməyən digər hüquqi şəxslərin kapitalına investisiyalar – sonuncu (ən uzunmüddətli) ödəniş müddəti;
  4. vaxtı keçmiş kreditlər, əsas vəsaitlər, qeyri-maddi aktivlər, digər müddətsiz aktivlər və bankın kapitalının tərkib maddələri “qəp” təhlilində sonuncu (ən uzunmüddətli) ödəniş müddətinə aid edilməlidir.