Böyük qayıdış proqramı

28 Noyabr 2023, 17:23

Azərbaycan Respublikası daim xarici təcavüzkar qüvvələrə qarşı mübarizə aparmış və haqq yolunda apardığı bu mübarizədə qalib gəlmişdir. Dövlətimizin 2020-ci il apardığı uğurlu əməliyyatlar nəticəsində tarixi torpaqlarımız əbədi olaraq öz əsl sahibinə geri qaytarılıb. Müzəffər Azərbaycan və Cənab prezident İlham Əliyev qarşısında duran ilk əsas məsələni həll etdi, torpaqlarımız  mənfurlardan təmizləndi. Artıq vaxtilə köçkün düşən vətəndaşlarımızın öz ata-baba yurduna qayıtmaları üçün dövlətimiz tərəfindən hər bir şərait yaradılır.” Böyük qayıdış” proqramı üzrə bir sıra fəaliyyətlər davam etdirilir. Hal-hazırda işğaldan azad edilmiş ərazilərin bu yaşayış məntəqələrində Qarabağ və Şərqi Zəngəzurun azərbaycanlı icması məskunlaşdırılmışdır: Laçın, Füzuli şəhərlərində, Ağalı(Zəngilan), Talış(Tərtər),Zabux(Laçən kəndləri). Azad olunmuş ərazilərimizdə bərpa işləri aparılır. Buna nəzər salsaq: Qarabağda ilk hava limanı Füzuli şəhərində yerləşir. Müasir  texniki avadanlıqlarla

Təchiz olunmuş hava limanının açılışı 27 oktyabr 2021-ci ildə Türkiyə prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə  keçirilmişdir. 9 oktyabr 2020-ci ildə işğaldan azad olunan Hadrutda yenidənqurma işlərinə yolların bərpası ilə başlanılıb. Prezident Əliyev 2021-ci il martın 15-də uzunluğu 13 kilometr olan Füzuli-Hadrut avtomobil yolunun təməlini qoyub. . Bildirilib ki, Cəbrayıl rayonunun ərazisindən keçən Hadrut-Cəbrayıl-Şükürbəyli Şükürbəylidə Hacıqabul -Mincivan-Zəngəzur avtomobil yoluna birləşdiriləcək . 43 km uzunluğunda olması planlaşdırılan yolda 4 zolaqlı və yol körpüləri tikiləcək. Bundan başqa, 18 kilometr uzunluğunda Tuğ — Hadrut avtomobil yolunun tikintisinin davam etdiyi bildirilir. Prezident İlham Əliyev 20 oktyabr 2021-ci ildə “Zəngilan şəhərinin baş planının hazırlanması ilə bağlı tədbirlər haqqında” sərəncam imzalamışdır. Prezident həmçinin, Azərbaycan Respublikasının Zəngilan rayonunda Bəsitçay Dövlət Təbiət Qoruğunun bərpası haqqında sərəncam imzalamışdır. 26 oktyabrda Azərbaycan və Türkiyə prezidentləri Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd avtomobil yolunun təməlqoyma mərasimində iştirak etmişdir. Səfər zamanı dövlət başçıları Türkiyənin dəstəyi ilə salınması planlaşdırılan “Dost” aqroparkının da təməlini qoyublar.

Azərbaycan Prezidenti İlham Əliyevə görə, minaların təmizlənməsi və infrastrukturun bərpası işlərindən sonra, 2022-ci ildən başlayaraq azərbaycanlıların azad edilmiş ərazilərə geri qayıtması planlaşdırılmışdır. Şuşa üçün hazırlanmış yeni plana görə şəhərin tarixi xarakterinə uyğun şəkildə qurulmuş yaşayıq yerlərində yaşamaq üçün, ilk növbədə simvolik olaraq 2020 nəfər şuşalı geri dönməlidir. Yuxarıda adı çəkilən Tərtər rayonunda yerləşən Talış kəndinə 16 mart 2023-cü ildə 20 məcburi köçkün ailəsi qayıtmışdır. 18 avqust 2023-cü ildə Füzuli şəhərinə ilk köç (90 nəfərdən ibarət 25 ailə) baş vermişdir. Zəngilan rayonun Birinci, İkinci və Üçüncü Ağalı kəndlərinin Qarabağ və Şərqi Zəngəzurda məskunlaşılan ilk ərazilər olması planlaşdırılmışdır. Ağalı kənd sakinlərinin ilk qrupu 19 iyul 2022-ci ildə Zəngilana köçürülmüşdür. 27 may 2023-cü ildə Laçın şəhərinə ilk köç baş vermiş, 20 laçınlı ailə (97 nəfər) geri qayıtmışdır. 25 avqust 2023-cü ildə Laçının Zabux kəndinə ilk köç baş vermiş, I Qarabağ müharibəsi şəhidinin ailəsi daxil olmaqla 20 ailə (88 nəfərdən ibarət) geri qayıtmışdır. “Böyük Qayıdış” proqramı son sürətlə davam edir. Bütün bunların  reallaşması Azərbaycan Respublakısın prezidenti Cənab İlham Əliyev və müzəffər Azərbaycan ordusunun, Azərbaycan xalqının əzmi, şücaəti nəticəsində həyata keçmişdir.

QARABAĞ AZƏRBAYCANDIR!

 

Firuzə Zeynallı

AZƏRBAYCAN DİLLƏR UNİVERSİTETİ