Hansı aktiv və öhdəliklərin bankın ani likvidlik əmsalının hesablanmasında nəzərə alınmadığı məlum olub.
Heftelik.az-ın məlumatına görə, bu, “Banklarda likvidlik riskinin idarə edilməsi Qaydası”nda əksini tapıb.
Aşağıdakı aktiv və öhdəliklər bankın ani likvidlik əmsalının hesablanmasında nəzərə alınmır:
– cari aktiv və cari öhdəliklərin övbəti 7 (yeddi) təqvim günü və ondan artıq müddətə bloklaşdırılmış hissəsi;
– Mərkəzi Bankdan cəlb edilmiş borc vəsaitləri.