Beynəlxalq təşkilatın qiymətli kağızlarının buraxılışının dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərə onların təqdim edildiyi tarixdən etibarən 5 (beş) iş günü müddətində Mərkəzi Bank tərəfindən baxılır və imtina üçün əsas olmadıqda, buraxılış Mərkəzi Bank tərəfindən dövlət qeydiyyatına alınır və beynəlxalq təşkilata qiymətli kağızların dövlət reyestrindən çıxarış verilir.

Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının üzv olduğu beynəlxalq təşkilatların investisiya qiymətli kağızlarının emissiyası, kütləvi təklifi və tədavülü Qaydası”nda əksini tapıb.