Qazma maşının elektrik mühərriki həddindən artıq qızdıqda, taqqıltı və ya səs yarandıqda o, dərhal dayandırılmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.

Qazma maşınına baxışın keçirilməsi və nasazlıqların aradan qaldırılması üzrə bütün işlər yalnız elektrik şəbəkəsindən ayırdıqdan sonra aparılmalıdır. İş qurtardıqdan sonra qazma maşını boru xəttində sıxaclarla bərkidilməli və elektrik şəbəkəsindən ayrılmalıdır.