Bir kataloq kartoçkasında nələr haqqında qeydiyyat aparıla biləcəyi açıqlanıb.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının penitensiar sistemində arxiv işinin təşkili haqqında Təlimat”-da əksini tapıb.
Bir kataloq kartoçkasında (forma №-29) aşağıdakılar haqqında qeydiyyat aparıla bilər:
– sənədin bir hissəsi-sənəd bütövlükdə bir çox məsələyə aid olduqda (protokol, hesabat və s.);
– bir məsələyə dair məzmununa görə dəyərli və əhəmiyyətli olan sənəd (bu işin digər sənədləri başqa məsələlərə aid olduqda);
– bir iş üzrə eyni məsələyə dair bir qrup sənəd;
– bir məsələyə aid olan iş;
– eyni məzmunlu və ya eyni mahiyyətli bir qrup iş.