Qəzaların Ləğvi Planına əməliyyat hissəsi, texniki hissə və əlavələr daxil edilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
Qəzaların Ləğvi Planı təsdiqlənməzdən əvvəl, eyni texniki dəhlizdən keçən digər obyektlərin sahibləri ilə razılaşdırılmalıdır. Qəzaların Ləğvi Planı 5 (beş) ildə bir dəfə yenidən işlənilməlidir. Bu müddət ərzində texnoloji sxem dəyişdikdə, qurğular və avadanlıqlar yenisi ilə əvəz edildikdə və ya qurğu və avadanlıqlarda yenidənqurma işləri aparıldıqda plana 10 (on) gün ərzində müvafiq dəyişikliklər edilməli, edilmiş dəyişikliklərin razılaşdırılması vərəqi sənədləşdirilməli və obyektin rəhbəri tərəfindən təsdiqlənməlidir.