Buxar və parafinsizləşdirmə qurğularının elektrik hava və rabitə xətləri altında quraşdırılması qadağandır.
Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
Buxar və parafinsizləşdirmə qurğusunun pasportunda göstərilmiş su buxarının təzyiq və temperatur qiymətlərini aşmaq qadağandır. Qurğu buxara verilməzdən əvvəl buxar xətti qurğunun pasportunda göstərilən təzyiqə su ilə sınaqdan keçirilməlidir.