Arxiv işləri bölməsində saxlanılan sənədlərin icmalı müəyyən olunmuş qaydada tərtib edilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının penitensiar sistemində arxiv işinin təşkili haqqında Təlimat”-da əksini tapıb.
Sənədlərin mövzu siyahısında (forma №-31) arxiv işləri bölməsində konkret mövzu üzrə aşkar edilmiş sənədlərin məzmun və tərkibi açılır və bu sənədlərin axtarış məlumatları göstərilir.
İşlər və ya ayrıca sənədlər siyahıda tərkibindən və məzmunundan asılı olaraq xronoloji, nominal və başqa əlamətlər üzrə yerləşdirilir.