Cəlb olunmuş vəsaitlərin mənbələrinə dair fərziyyələrə aydınlıq gətirilib.
Heftelik.az-ın məlumatına görə, bu, “Banklarda likvidlik riskinin idarə edilməsi Qaydası”nda əksini tapıb.
Cəlb olunmuş vəsaitlərin mənbələrinə dair fərziyyələr:
– bazarda likvid aktivlərin dəyərində dəyişikliklərin müşahidə olunması;
– müddətli öhdəliklərin vaxtından əvvəl geri götürülməsi;
– cari və müxbir hesablarda vəsaitlərin azalması;
– iri depozitlərin geri çağırılması;
– banklar və digər maliyyə institutlarından alınmış vəsaitlərin vaxtından əvvəl geri çağırılması;
– maliyyələşmə mənbələrinə çıxış imkanları;
– maliyyələşmə mənbələri arasında korrelyasiyanın olması və ya maliyyələşmə mənbələrinin səmərəli şəkildə diversifikasiya olmaması;
– kredit xətləri üzrə müqavilə şərtlərinin pozulması (borc vermək vədindən əsassız imtina edilməsi, nəzərdə tutulmuş vəsaitlərin tam həcmdə və ya vaxtında ayrılmaması);
– Mərkəzin Bankın likvidlik dəstəyi üzrə resurslarına çıxış imkanı.