İctimaiyyətə açıqlanmış buraxılış şərtlərində dəyişikliklər haqqında məlumat 2 iş günü müddəti bitdikdən sonra 2 iş günü ərzində beynəlxalq təşkilatın rəsmi internet səhifəsində açıqlanır və açıqlandığı tarixdən 2 (iki) iş günü bitdikdən sonra qüvvəyə minir, bu şərtlə ki, Mərkəzi Bank etirazlarını əks etdirən əsaslandırılmış qərar qəbul qəbul edilməmiş olsun.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının üzv olduğu beynəlxalq təşkilatların investisiya qiymətli kağızlarının emissiyası, kütləvi təklifi və tədavülü Qaydası”nda əksini tapıb.
İctimaiyyətə açıqlanmamış buraxılış şərtlərində dəyişikliklər haqqında məlumat müvafiq buraxılış şərtlərinin təqdim edildiyi şəxslərə göndərilir. Poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş məlumat onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron üsulla göndərilmiş məlumat isə göndərildiyi gündən 3 (üç) gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır və bu tarixdən qüvvəyə minir.