Likvidlik risk iştahası bankın strateji hədəflərinə çatması üçün riskgötürmə qabiliyyəti çərçivəsində qəbul etmək istədiyi likvidlik riskinin həcmidir.

Heftelik.az-ın məlumatına görə, bu, “Banklarda likvidlik riskinin idarə edilməsi Qaydası”nda əksini tapıb.

Likvidlik “qəpi” eyni ödəniş müddətinə aid olan aktiv və öhdəliklərin fərqidir. Aktivlərin məbləği öhdəliklərin məbləğindən çox və ya az olduqda müsbət və ya mənfi likvidlik “qəpi” yaranır.