Yazıçı Mirmehdi Ağaoğlu İmadəddin Nəsiminin “Ağrımaz” qəzəlini tənqid edib.
Heftelik.az-ın məumatına görə, Mirmehdi Ağaoğlu bildirib ki, dünən bir məsələyə görə İmadəddin Nəsiminin “Ağrımaz” qəzəlini təzədən oxuyub:
– Axırıncı dəfə güman ki, məktəb illərində oxuyandım. Mənə çox təkrarçı, zəif, dayaz bir qəzəl kimi gəldi. Nədir axı burdakı dərin məna? Heç nə! Bir dənə fikir var, o tərəfə fırlayır, bu tərəfə əyir, ortaya heç nə çıxmır. Məna baxımından bir tərəfə, estetik baxımdan da olduqca zəif qəzəldi. Bu hələ Nəsimi babamızın ən yaxşı qəzəllərindən sayılır. Amma nahaq. And ola Allaha, Seyid Əzimin bu cür zəif qəzəli yoxdur! Nəinki Seyid Əzim, heç Sabirdə də yoxdur, baxmayaraq ki, qəzəl janrında qələmini ehtiyatla səyirdib. Sadəcə dilə gətirmirik. Bir az zamanca bizdən uzaqlığı, bir az da faciəvi (bizə danışılan) həyatı Nəsimini şeiriyyat baxımından gözümüzdə çox pərdələyib, həqiqəti gizləyib.
- Mənə inanmırsız, özünüz bir də oxuyun:Canə sən candan nə kim gəlsə cigərlər ağrımaz,
Həq bilir, bir zərrə neştərdən damarlar ağrımazŞəha, mehrindənmidir, ya aşinalıqdanmıdır,
Cismimi sər ta qədəm min gəz yararlar ağrımazZahidin əfsanəsindən soydular nahaq məni,
Həq bilir səndən şəha, sahib nəzərlər ağrımazŞişəmi çün daşə çaldım, həqqi izhar eylədim,
Çeşmi-əhvəl ağrıdan arifbəsərlər ağrımazZahidin bir barmağın kəssən dönər həqdən qaçar,
Gör bu gerçək aşiqi sərpa soyarlar ağrımazCəhli-namərdin qaçan meydan günündə yeri var,
Ər bilir meydan qədrin kim, qədərlər ağrımazSoyun, ey murdar sallaxlar, Nəsiminin tənin,
Bunca namərdi görün, bir ər qıyarlar ağrımaz