Neft kəmərinin qəza hissəsinin açılması, təmir özülünün tikilməsi, neft kəmərinin qəza hissəsinin neftdən azad edilməsi, neft kəmərinin qüsurlu hissəsinin kəsilməsi, neft kəmərinin daxili boşluğunun hermetikləşdirilməsi üzrə işlər, qaynaq-quraşdırma işləri, neft kəmərinin işə salınması və istismar rejiminə çıxarılması, neft kəmərinin izolyasiyası və örtülməsi təhlükəsizlik tələblərinə riayət etməklə yerinə yetirilməlidir.

Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.