Neftin doldurulması və boşaldılması üçün istifadə edilən əsas nasos aqreqatları əks klapanlar və bağlayıcı siyirtmələrlə təchiz edilməlidir.

Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.

Kipliyin pozulması, sallanma və əyilmənin qarşısını almaq üçün metal qolların və sarğılı qolların birləşdirici elementlərinin əsas və dayaq nasosların qəbul və çıxış borularına bilavasitə birləşdirilməsinə yol verilməməlidir. Birləşdirmə xüsusi birləşdirici ayırmalar vasitəsilə yerinə yetirilməlidir.