Bakı-Quba-Rusiya Federasiyası sərhədi ödənişli magistralın Xaçmaz rayonu ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, “Nissan Xtrail” markalı avtomobil idarəetmədən çıxaraq aşıb.

Qəza nəticəsində 55 yaşlı Təranə Babayeva hadisə yerində, 59 yaşlı Xalis Babayev isə Xaçmaz rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişib.

Qəzanın baş verməsinə ilkin səbəb kimi yüksək sürət göstərilir.

TƏBİB də ödənişli yolda 2 nəfərin ölümü ilə baş verən yol qəzası ilə bağlı açıqlama yayıb. Bildirilib ki, 1964-cü il təvəllüdlü vətəndaş 28.11.2023-cü il tarixində saat 19:00 radələrində Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib. Vəziyyəti ağır olan pasiyentə qapalı kəllə-beyin travması, baş beynin silkələnməsi, qarnın küt travması, qabırğaların çoxsaylı sınıqları diaqnozu qoyulub. Həkimlərin səylərinə baxmayaraq pasiyent saat 20:39 radələrində vəfat edib.