Poçt obyektinin əməliyyat zalında müştəri üçün hansı məlumatların yerləşdirildiyi məlum olub.
Heftelik.az-ın məlumatına görə, bu, “Poçt rabitəsi xidmətlərinin göstərilməsi Qaydaları”nda əksini tapıb.
Poçt obyektinin əməliyyat zalında müştəri üçün aşağıdakı məlumatlar yerləşdirilir:
– poçt rabitəsi operatoru tərəfindən göstərilən poçt rabitəsi xidmətlərinin siyahısı;
– poçt göndərişlərinin ünvanlanma qaydası;
– poçt indeksləri və poçt ünvanları barədə məlumat-sorğu kitabı;
– poçt göndərişlərinin ölçüləri və çəki hədləri;
– poçt rabitəsi xidmətlərinin tarifləri;
– poçt göndərişlərində göndərilməsi qadağan olunmuş və dövriyyəsi məhdudlaşdırılmış əşya və malların siyahısı;
– poçt göndərişlərinin göndərilmə müddətləri;
– poçt göndərişlərinin poçt obyektlərində saxlanma müddətləri;
– poçt rabitəsi operatorunun istifadəçi qarşısında məsuliyyəti;
– istifadəçinin poçt rabitəsi operatoru qarşısında məsuliyyəti;
– istifadəçi hüquqlarının qorunmasının təminatçısı olan yuxarı təşkilat və orqanların ünvan və telefon nömrələrinin siyahısı;
– istifadəçinin ilk tələbi əsasında verilən təklif, ərizə və şikayət kitabı.
Qeyd olunan və elektron versiyası mövcud olan müştəri məlumatları əməliyyat zalında yerləşdirilmirsə, bu halda elektron məlumatların olduğu sayt və linklərin ünvanları barədə müvafiq məlumat əməliyyat zalında yerləşdirilməlidir.