Qardaşlıq dəstəyi

28 Noyabr 2023, 17:20

Tarix boyu Türkiyə və Azərbaycan arasında sarsılmaz dostluq və qardaşlıq münasibətləri mövcud olub. Hər iki xalq hər vəziyyətdə birlik nümayiş etdiriblər. Bu 2 dövlət siyasi və iqtisadi məqsədləri deyiləndə, qardaşlığı əsas götürüb bir-birinin yanındadırlar. 44 günlük İkinci Qarabağ müharibəsindədə Türkiyə bir qardaş ölkə kimi hər vəziyyətdə müharibə boyunca və hələdə Azərbaycanın yanındadır və öz mənəvi dəstəyini əsirgəmir. Türkiyə və Azərbaycan “Bir millət, iki dövlət” şüarı ilə birlikdə mübarizə apardı və şanlı zəfərə çatdı. Amma 1 dostum varsa 1000 düşmənində olduğu üçün 44 günlük İkinci Qarabağ müharibəsi ərzində illərlə dost, qardaş dediyimiz ölkələrin bir çoxunun düşmən qarşısında acizliyinə, çarəsizliyinə şahid olduq, amma eyni zamanda ölkələrin bir çoxu isə həqiqətən dost, qardaş sözünü ən yüksək səviyyədə doğrultdu. Hər zaman yanımızda olub bizə qol-qanad oldular. Bu isə bizi daha da ruhlandırdı. Gücümüzə yeni bir güc qatdı. Azərbaycana dəstək olan ölkələr sırasına Pakistan, Şimali Kipr Türk Cümhuriyyəti, Əfqanıstan, Türkiyəni əlavə etmək olar. Pakistanın baş naziri İmran Xan Azərbaycan üçün “qardaş ölkə” ifadəsini işlədərək yayımladığı mesajında Pakistanın Azərbaycanın yanında olduğunu bildirib. Digər dəstəkçi ölkə olan Əfqanıstanın Xarici İşlər nazirliyi bəyan etmişdi ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz bir parçasıdır və Ermənistan vaxt itirmədən işğal etdiyi həmin torpaqlardan çıxmalı, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir. Şimali Kipr Türk CümhuriyyətiNdə Azərbaycana dəstəyini göstərmiş ölkələrdəndir. Şimali Kipr Türk Cümhuriyyətinin prezidenti Ersin Tatar, Ermənistanın, Azərbaycana qarşı hücUmlarını pisləyib, İrəvandan ən qısa zamanda işğal etdiyi Azərbaycan toRpaqlarından çıxmasını tələb edib. O, qeyd edib ki, Azərbaycan əsla yalnız deyil və nə Ermənistan, nə də onu Azərbaycana qarşı təcavüzə təhrik edənlər niyyətlərinə çatmayacaqlar. Azərbaycana ən böyük qardaşlıq münasibətini Türkiyə bəsləmişdir. Əminəm ki, Türkiyə-Azərbaycan qardaşlıq və dostluq münasibətləri gələcəkdə yüksək səviyyədə inkişaf edəcək və ölkələrimizin işıqlı sabahına zəmin yaradacaq. 2 qardaş ölkə bir birinə inanaraq, bir-birinin əlindən tutaraq böyük uğurlara imza atacaqlar.

 

Nazənin Dadaşova

Yaşasın Azərbaycan-Türkiyə qardaşlığı!

Azərbaycan Dillər Universiteti