Sığortaçının məcmu kapitalının hesablanması məqsədilə onun öz vəsaitinin ifadə olunduğu bank hesablarındakı pul vəsaitlərinin balans dəyərlərinə hansı əmsallar tətbiq edildiyi açıqlanıb.
Heftelik.az-ın məlumatına görə, bu, “Sığortaçıların investisiya əməliyyatları ilə bağlı Qayda”da əksini tapıb.
Sığortaçının məcmu kapitalının hesablanması məqsədilə onun öz vəsaitinin ifadə olunduğu bank hesablarındakı pul vəsaitlərinin balans dəyərlərinə aşağıdakı əmsallar tətbiq edilir:
ölkə ərazisində yerləşən banklarda açılmış bank hesablarındakı pul vəsaitləri:
– ölkə kredit reytinqindən maksimum 5 pillə aşağı olan banklarda açılmış bank hesablarındakı pul vəsaitləri – 100%;
– ölkə kredit reytinqindən 6 pillə və daha aşağı olan və ya kredit reytinqinə malik olmayan banklarda açılmış bank hesablarındakı pul vəsaitləri – 80%;
– investisiya şirkətlərinin portfel idarəçiliyinə verilmiş vəsaitin hesabat tarixinə bank hesabında pul vəsaiti formasında qalan hissəsi – 80%;
ölkə xaricində yerləşən banklarda açılmış bank hesablarındakı pul vəsaitləri:
-minimum 2-ci kredit reytinq qrupuna daxil olan banklarda açılmış bank hesablarındakı pul vəsaitləri – 100%;
– 2-ci kredit reytinq qrupundan aşağı kredit reytinq qrupuna daxil olan banklarda açılmış bank hesablarındakı pul vəsaitləri – 0%;
Daşınmaz əmlakın balans dəyəri ilə bağlı bu əmsal isə 70%-dir.