Arxiv işləri bölməsindən müvəqqəti verilən və göndərilən arxiv işləri barədə uçot jurnalında (forma №-30) qeydiyyat aparılır.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının penitensiar sistemində arxiv işinin təşkili haqqında Təlimat”-da əksini tapıb.
İş istifadə edilmək üçün qiraət zalına verilirsə və ya hər hansı bir idarə və ya təşkilata göndərmək üçün katibliyə (dəftərxanaya) təhvil verilirsə, işi qəbul etmiş əməkdaş jurnalda (forma №-30) imza edir. İşlər mühafizəxanadan verilərkən aşağıdakı kitablara qeyd edilir:
– işlərin otaqlara verilməsi;
– işlərin qiraət zalına verilməsi;
– işlərin müvəqqəti istifadə üçün verilməsi.
Sorğu əsasında göndərilən işlərin arxivə qaytarılması nəzarətə götürülür. Arxiv işləri bölməsinin rəisi işlərin vaxtında qaytarılmasına nəzarət edir və onların qaytarılması üçün müvafiq tədbirlər görür.