Ucar rayonunda 28 noyabr 2023-cü il tarixdə Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş ağacəkmə aksiyası və abadlıq və təmizlik işlərinin aparılması həyata keçirilib.
Heftelik.az-ın məlumatına görə, tədbirdə Ucar rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri və əməkdaşları, gənclər və rayon ictimaiyyətinin nümayəndələri olmaqla, ümumilikdə 400 nəfər iştirak edib, 1000 ədəd ağac və gül kolları əkilib,
Ucar şəhərinin küçə və meydanlarında təmizlik işləri aparılıb.
Ağaclar və gül kolları Ucar şəhərinin Heydər Əliyev prospekti, Azərbaycan və 20 Yanvar küçələrində və Bayraq meydanında əkilib.