Dünya ictimaiyyətinə də məlumdur ki Azərbaycan Prezidenti İlham Əliyev cənabları cari ilin 24 noyabr tarixində H. Əliyev Mərkəzində BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramın SPECA nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının zirvə görüşündə geniş məruzə ilə çıxış etdi. O öz çıxışında qeyd etdi ki ,,Hal hazırda Azərbaycan SPACA ya sədrlik edir. Məlumat üçün deyirəm ki bu il bu qurumun 25 cı ildönümüdür. Bu gün Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan bir sıra formatlarda uğurla əməkdaşlıq edir. Mənim dəvətimlə Zirvə görüşündə Gürcüstan və Macarıstanın Baş nazirləri Körfəz Əməkdaşlıq Şurasının Baş katibi fəxri qonaq qismində iştirak edirlər. Onu da qeyd etmək yerinə düşərdi ki, SPECA yarananda üzv ölkələr dövlət müstəqilliyinin ilk addımlarını atırdılar. Hər birimizə də məlumdur ki sabitlik olmadan heç bir iqtisadi inkişafdan söhbət gedə bilməzdi. Azərbaycan Mərkəzi Asiya ölkələri ilə çoxəsrlik tarixi və mədəni əlaqələr bağlayır. Azərbaycan özü də strateji əhəmiyyəti artmaqda olan vahid tarixi mədəni və geosiyasi məkandır. Onu da qeyd etmək istəyirəm ki, bu bizim ardıcıl siyasətimizin davamıdır. Hazırkı Zirvə görüşü Düşənbə görüşünün məntiqi davamı kimi qiymətləndirilməlidir. Azərbaycanın güclü iqtisadiyyatı müstəqil xarici siyasət kursu həyata keçirməyə imkan yaradır. Son 20 il ərzində Azərbaycanın ümumi daxili məhsulu 4 dəfə artıb .Büdcə gəlirləri 30 dəfədən çox artmışdı. İndi Azərbaycanda əlverişli investisiya mühiti yaradılıb. Son 20 ildə Azərbaycan iqtisadiyyatına 310 milyard ABŞ dollarından çox sərmayə qoyub.
Müstəqilliyimizin ilk illərində ölkəmizin beynəlxalq səviyyədə tanınan ərazilərin təxminən 20 faizi Ermənistan tərəfindən işğal edilmişdir. Bu təmizləmə siyasəti nəticəsində bir milyondan artıq azərbaycanlı öz dədə-baba yurdlarından qovulmuşdu. Otuz ilə yaxın aparılan danışıqlar heç bir nəticə verməmişdi .Çünki ermənilərin məqsədi bu torpaqları əllərində saxlamaq idi. 2020-ci ilin noyabr ayında Azərbaycan öz tarixini ən parlaq qələbəsinə imza atdı. Hazırda işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. İlkin mərhələdə 100 yaşayış məntəqəsinin o cümlədən 9 şəhər və 8 qəsəbənin bərpa edilməsi nəzərdə tutulur.
Böyük qayıdış proqramı əsasında məcburi köçkünlər öz yurdlarına qayıdırlar.
Gülnarə Hacıyeva
Nəsimi rayonu İctimai Şuranın üzvü