Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanovun həyat yoldaşı Marianna Budanova xəstəxanaya yerləşdirilib.
Heftelik.az xəbər verir ki, bu barədə UNİAN Baş Kəşfiyyat İdarəsindəki mənbələrə istinadən məlumat yayıb.
Marianna Budanovanın ağır metallarla zəhərlənməsi aşkar olunub. Uzun müddət səhhətində pisləşmə müşahidə olunduğu üçün xəstəxanaya yerləşdirilib.
Həmin maddələr gündəlik həyatda və ya hərbi məqsədlərlə heç bir formada istifadə edilmir.
Bu ağır metalların aşkar olunması konkret bir şəxsi zəhərləmək üçün qəsdən cəhd olunmasını göstərir.
Qeyd edək ki, Marianna Budanova 2021-ci ilin iyun ayından Kiyev meri Vitali Kliçkonun müşaviri vəzifəsində çalışır.