Yanğın təhlükəli zona hüdudlarından 50 metrdən az olmayan məsafədə qəza işlərinin aparılması məqsədilə meydançanın maşın və mexanizmlərinin dayanıqlı və təhlükəsiz istismarı əvvəlcədən nəzərdə tutulmalı, çuxurlar torpaqla hamarlanmalı (qışda qar təmizlənməli) və neftdən təmizlənməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
Yumşaq süxurlar və bataqlıq yerlər tirlərlə, şalbanlarla və yaxud taxta döşəmələrlə döşənməlidir.