UEFA Çempionlar Liqasının qrup mərhələsində V turun oyunları keçirilib.
Heftelik.az-ın məlumatına görə, A qrupunda “Qalatasaray” (Türkiyə) İstanbulda İngiltərənin “Mançester Yunayted” (İngiltərə) komandasını sınağa çəkib.
Gərgin keçən oyunda tərəflər hərəyə 3 qol vurub, oyun heç-heçə başa çatıb.
Bu nəticədən sonra xallarının sayını 5-ə çatdıran İstanbul təmsilçisi ikinci pilləyə yüksəlib, qonaqlar isə 4 xalla sonuncudur.
A qrupun digər görüşündə “Bavariya” Almaniyada “Kopenhagen”i qəbul edəcək. Bu qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlanacaq.
Beləlikə, bu qurupda ikinci finalçı sonuncu – VI turda müəyyənləşəcək.
Qol: Qarnaço 11, B.Fernandes 18, Ziyeç 29;62, Maktominey 55, Aktürkoğlu 71