Sovet dövründə babalarımızı bizə unutdurmağa çalışıblar. Bu gün bizim Babək haqqında barmaqla sayılacaq qədər kitabımız yoxdur, hamısı tərcümədir.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli AMEA-nın ümumi yığıncağında deyib.

 

 

İsa Həbibbəyli bildirib ki, həmçinin Koroğlu haqqında bir dənə elmi araşdırma, kitab yoxdur:

“Dədə Qorqud dastanımız var, amma Dədə Qorqud haqqında bir dənə də olsun kitabımız yoxdur. Bu istiqamətdə elmi yazılar yazılmalı, tarixi şəxsiyyətlərin araşdırılması istiqamətində işlər sürətləndirilməlidir. Digər tərəfdən biz bu gün təbliğat, təşviqat yönümlü Heydərşünaslıqdan fundamental tədqiqat yönümlü Əliyevşünaslığa keçid etməliyik”