Bankın əmanətçiləri və digər kreditorları qarşısında (Mərkəzi Banka və digər banklara olan borclar daxil olmaqla) vaxtı keçmiş öhdəlikləri mövcud olduqda, bu “Banklarda likvidlik riskinin idarə edilməsi Qaydası”nın tələbinə riayət etməsindən asılı olmayaraq, bankın ani likvidlik əmsalı pozulmuş hesab edilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Banklarda likvidlik riskinin idarə edilməsi Qaydası”nda əksini tapıb.
Ani likvidlik əmsalı üzrə hesabat prudensial hesabatlıq sistemində nəzərdə tutulmuş forma və qaydada hazırlanmalı və prudensial hesabatların tərkibində Mərkəzi Banka təqdim olunmalıdır.