Noyabrın 29-u saat 17 radələrində Balakən rayonunun Şambul kəndi ərazisində Hafiz İsmayılov və İlkin Hetayevin idarə etdiyi 2 “Mercedes” markalı avtomobil toqquşub.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Heftelik.az-a verilən məlumata görə, hadisə nəticəsində hər avtomobildə biri olmaqla iki sərnişin ölüb, hər iki sürücü və üç sərnişin xəsarət alıb.

Ölənlər 1974-cü təvəllüdlü Şərif kənd sakini Elayev Şaban Cuma oğlu, 1997-ci təvəllüdlü Hənifə kənd sakini İsmayılova Günay Rövşən qızı, xəsarət alanlar isə 1986-cı il təvəllüdlü İlkin Məhəmməd oğlu Hetayev, 1999-cu il təvəllüdlü Hafiz Rövşən oğlu İsmayılov, 1956-cı il təvəllüdlü Nizaməddin Teyubhacı oğlu İsmayılov, 1960-cı il təvəllüdlü Gülarə Dadaş qızı İsmayılova və Gülarə Piriyevadır.

Faktla bağlı araşdırma aparılır.