Mərkəzi Bankın beynəlxalq təşkilatın qiymətli kağızlarının buraxılışının dövlət qeydiyyatına alınmasından hansı hallarda imtina etdiyi açıqlanıb.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının üzv olduğu beynəlxalq təşkilatların investisiya qiymətli kağızlarının emissiyası, kütləvi təklifi və tədavülü Qaydası”nda əksini tapıb.
Mərkəzi Bank beynəlxalq təşkilatın qiymətli kağızlarının buraxılışının dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edir:
– beynəlxalq təşkilatın qiymətli kağızlarının buraxılışının dövlət qeydiyyatı üçün təqdim olunmuş sənədlər bu Qaydanın tələblərinə cavab vermədikdə;
– beynəlxalq təşkilatın qiymətli kağızlarının buraxılış şərtlərinə qeyri-dürüst, yaxud təhrif edilmiş məlumatların daxil edildiyi Mərkəzi Bank tərəfindən müəyyən olunduqda.
Göstərilən hallar müəyyən edildikdə, Mərkəzi Bank 2 (iki) iş günü ərzində beynəlxalq təşkilatın qiymətli kağızlarının buraxılışının dövlət qeydiyyatına alınmasından imtina barədə əsaslandırılmış qərar qəbul edir və bu barədə beynəlxalq təşkilata yazılı məlumat göndərir.