Səyyar dayaq və əsas nasos aqreqatları işə salınmazdan əvvəl yerləbirləşdirilməli və idarəetmə pultunda rezin dielektrik xalçalar qoyulmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
Dayaq nasosları zavod istehsalı olan qaldırıcılar və ya səyyar yükqaldıran kran (borudüzən) vasitəsilə nasos aqreqatına qoyulmalı və götürülməlidir. İşə başlamazdan əvvəl əsas nasos aqreqatlarının və elektrik stansiyaların dizel ötürücülərinin atqı borularında qığılcımsöndürənlər quraşdırılmalıdır.