Qiymətli kağızlarının buraxılışının dövlət qeydiyyatına alınmasından imtinaya əsas yaradan hallar müəyyən olunduqda, Mərkəzi Bank buraxılış şərtlərində edilmiş dəyişikliklərin açıqlanmasına və tətbiq edilməsinə buraxılış şərtlərində dəyişiklik edilməsi barədə məlumatı aldığı gündən 2 (iki) iş günü müddətində etiraz edir.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının üzv olduğu beynəlxalq təşkilatların investisiya qiymətli kağızlarının emissiyası, kütləvi təklifi və tədavülü Qaydası”nda əksini tapıb.
Mərkəzi Bank etirazlarını əks etdirən əsaslandırılmış qərar qəbul edir, beynəlxalq təşkilatı bu barədə yazılı qaydada məlumatlandırır və həmin qərarı mediada açıqlayır. Buraxılış şərtlərində edilmiş dəyişikliklərin açıqlanmasından və ya təqdim edilməsindən əvvəl qiymətli kağızların alınması üzrə abunə yazılışına razılaşmış şəxslər həmin dəyişikliklərin qüvvəyə minmə tarixindən 7 (yeddi) iş günü ərzində təkliflərini geri götürmək hüququna malikdirlər.