Buxar xəttinin hidravlik sınağı zamanı onun yaxınlığında dayanmaq qadağandır.
Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
Avadanlığın daxili və səthi qızdırılması məqsədilə tətbiq edilən rezin şlanq metal ucluqla təchiz edilməlidir. Boru xətlərinin hissələrinin üfürülməsi üçün səyyar buxar qurğusu aqreqatlarının istifadə edilməsi qadağandır.