Dəmir yolu doldurma-boşaltma estakadasının tikililərində qəza zamanı nələrin həyata keçirilməli olduğu açıqlanıb.
Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
Dəmir yolu doldurma-boşaltma estakadasının tikililərində qəza zamanı aşağıdakılar həyata keçirilməlidir:
– doldurma- boşaltma əməliyyatları dayandırılmalı;
– estakadanın texnoloji boru kəmərlərində ayrıcı siyirtmələr bağlanmalıdır. Boru kəmərlərində olan siyirtmələr kip bağlanmalı, nazım çarxlar çıxarılmalı (texniki cəhətdən mümkün olduğu halda), elektrik mühərrikləri cərəyandan açılmalı, dövrənin açılmasının görünməsi təmin edilməli və “İŞƏ SALMAYIN! ADAMLAR İŞLƏYIR!” yazılı lövhələr asılmalıdır;
– vaqon-sisternilər doldurma-boşaltma estakadalarından çıxarılmalıdır;
– qəzanın ləğvi ilə məşğul olmayan bütün işçilər və mühəndis-texniki işçilər təhükəli və qaz dolmuş (qazlaşmış) zonadan çıxarılmalıdır;
– neft dağılan yerlərdə (bəndin arxasında) mühafizə postları qoyulmalıdır;
– təhlükəli zonanın sərhədləri nişanlanmalı və sədd çəkilməlidir;
– yanğın hissəsi çağırılmalı və yanğınsöndürmə vasitələri hazır vəziyyətə gətirilməlidir;
– neftin yayılmasına qarşı tədbirlər görülməlidir;
– qaz dolmuş (qazlaşmış) zonaya texnikanın girişi qadağan olunmalıdır;
– Qəzaların Ləğvi Planına uyğun olaraq qəzanın ləğvinə başlanmalıdır.