Poçt rabitəsi operatoru rəsmi internet səhifəsində öz şəbəkəsində qəbul edilən və çatdırılan qeydiyyatlı poçt göndərişlərinin onlayn izlənilməsi imkanını təmin edir.
Heftelik.az-ın məlumatına görə, bu, “Poçt rabitəsi xidmətlərinin göstərilməsi Qaydaları”nda əksini tapıb.
İstifadəçi poçt göndərişinin qəbuluna dair qəbzdə göstərilən ştrix-kod nömrəsini sistemə daxil etməklə həmin göndərişin şəbəkədəki cari statusu barədə interaktiv məlumat alır.