Likvidliyin idarə edilməsi üzrə fövqəladə hallar planında ən azı nələrin öz əksini tapmalı olduğu açıqlanıb.

Heftelik.az-ın məlumatına görə, bu, “Banklarda likvidlik riskinin idarə edilməsi Qaydası”nda əksini tapıb.

Likvidliyin idarə edilməsi üzrə fövqəladə hallar planında ən azı aşağıdakılar öz əksini tapmalıdır:

– bankın likvid vəsaitlərə tələbatı, habelə ödənişlər üzrə prioritetlər nəzərə alınmaqla likvid vəsaitlərin gözlənilməz çatışmazlığı zamanı potensial maliyyələşmə mənbələri, bankın real əldə edə biləcəyi vəsaitlər, bunun üçün tələb olunan müddət və xərclər;

–   fövqəladə vəziyyətdə bankın daxilində dəqiq vəzifə və səlahiyyət bölgüsü:

–   fövqəladə vəziyyətdə daxili koordinasiya və qərarvermə prosesinin səmərəliliyinin artırılması məqsədilə “böhran komandası”nın formalaşdırılması;

–   fövqəladə planın tətbiqinə məsul olan şəxslərin soyadı, adı, vəzifəsi, əlaqə məlumatları və fəaliyyət göstərdikləri struktur bölmələri;

–   biznesin davamlığını təmin edən vəzifələr üzrə ehtiyat kadrların müəyyən olunması.

– fövqəladə vəziyyətə reaksiya vermə prosedurları (məsələn, müştərilərə kredit limitlərinin verilməsindən imtina edilməsi və ya azaldılması ardıcıllığı);

– likvid vəsaitlərin gözlənilməz çatışmazlığı yarandıqda bankın fasiləsiz fəaliyyətinin davam etdirilməsi üçün ehtimal olunan maksimum müddət;

–  təminat qismində istifadə oluna və ya dərhal satıla bilən aktivlər;

– banka qarşı etimadın azalması və mənfi ictimai rəyin yaranmasının qarşısının alınması məqsədilə ictimaiyyətlə kommunikasiya.