Mərkəzi Nəbatat Bağının “Azərsu”ya 70 min manat borcu olduğu üzə çıxıb.
Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bunu AMEA Prezidenti İsa Həbibbəyli deyib.
O bildirib ki, bu məsələni araşdıracaq:
“AMEA bütün kommunal borcları ödəyir. Nə üçün indi belə bir borc ortaya çıxır? Bunu Botanika İnstitutu öyrənməldir”.
Qeyd edək ki, Mərkəzi Nəbatat Bağı əvvəllər AMEA-nın tərkibində olsa da, daha sonra Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyinə verilib.