Meydançanın hazırlanması ilə paralel olaraq neftin axmasına qarşı işlər görülməlidir.

Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.

Bəndləməni çökək yerlərdən, yaşayış məntəqələrindən, su anbarlarından, çay, meşə massivləri və yollardan başlamaq lazımdır. Neftin yığılması üçün torpaq anbar (bənd) qəza-bərpa işləri aparılan yerdən 100 metrdən az olmayan məsafədə qurulmalıdır.